AZ

ABŞ-nin hipersəsli silahlardan qorunmaq üçün müdafiə sistemi mövcud deyil - Pentaqon

Bakı. Trend:

Hazırda ABŞ Silahlı Qüvvələrinin arsenalında hipersəslisilahlara və müasir qanadlı raketlərə qarşı effektiv müdafiəsistemi yoxdur.

Trend xəbər verir ki, bunuABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Mark BerkoviçSenatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanıaçıqlayıb.

O, yeni nəsil raketdən müdafiə sistemi hesab edilən "QızılGünbəz" layihəsi ilə bağlı sualları cavablandırarkən bildirib ki,hazırda istifadə olunan müdafiə sistemi kifayət qədərməhduddur.

Berkoviçin sözlərinə görə, ABŞ-da bu gün əsasən Şimali Koreyatərəfindən baş verə biləcək kiçikmiqyaslı və qəfil hücumlarınqarşısını almaq məqsədilə yaradılmış, yerüstü bazaya malik vəbirpilləli çox məhdud müdafiə sistemi fəaliyyət göstərir.

O vurğulayıb ki, digər ballistik raket hücumlarına qarşıimkanlar da olduqca məhduddur. Hipersəsli silahlar və qabaqcılqanadlı raketlərə gəldikdə isə, ABŞ-nin hazırda bu təhdidlərə qarşıheç bir müdafiə sistemi yoxdur.

Seçilən
5
50
az.trend.az

10Mənbələr