EN

Məşhur akyordan şoka salan etiraf

"Penelope" və "Rock of Ages" filmlərindəki rolları ilə tanınan aktyor və komediyaçı Rassel Brend yetkinlik yaşına çatmayanlarla cinsi əlaqədə olduğunu etiraf edib.

"Ölkə.az" xəbər verir ki, o, bu barədə jurnalist Megin Kellinin YouTube kanalında açıqlama verib 

Britaniyalı aktyorun sözlərinə görə, o, təxminən 30 yaşında ikən 16 yaşlı qızlarla münasibətdə olub. Rasselin qeyd edib ki, bu, Böyük Britaniyada baş verib, orada razılıq yaşı 16-dır.

Brend "eqoist davrandığını" etiraf edib.

"Günahın dərəcəsini yalnız Tanrı müəyyən edə bilər", - o əlavə edib.

2025-ci ilin dekabr ayında London polisi Keti Perrinin keçmiş əri, britaniyalı komediyaçı və şoumen Rassel Brandı çoxsaylı cinsi təcavüzlərdə ittiham edib .

Elvin

Ölkə.az

Chosen
83
1
olke.az

2Sources