EN

"Real" və "Barselona" Türkiyədə tarix yazan futbolçunu istəyir

“Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhen Avropa nəhənglərinin diqqət mərkəzindədir. Metbuat.az xəbər verir ki, futbolçu ilə bağlı bir neçə böyük klub hərəkətə keçib.Məlumata görə, “Real Madrid” hücum xəttini gücləndirmək üçün Osimheni əsas hədəflərdən biri kimi nəzərdən keçirir və 100 milyon avro civarında təklif hazırlaya bilər. Eyni zamanda “Barselona” da forvard üçün mümkün alternativ kimi onun adını transfer siyahısına daxil edib. Almaniya nəhəngi “Bavariya” da vəziyyəti izləyir və hücum xəttində gələcək planlar üçün Osimheni potensial namizəd sayır.

Məlumata görə, klublar arasında əsas maneə futbolçunun yüksək transfer dəyəri və maaş tələbləridir. Bildirilir ki,“Qalatasaray” isə oyunçunu saxlamaq istəyir.

Chosen
38
12
metbuat.az

10Sources