Bu qurumda əməliyyat keçirildi - Saxlanılanlar var - Yenilənib
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ və Cəbrayıl rayon şöbələrində əməliyyat keçirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb.
Şöbə əməkdaşları korrupsiya cinayətlərində ittiham olunurlar.
Hazırda saxlanılan şəxslərin adlarını dəqiqləşdiriririk.
Əlavə məlumat veriləcək.
***
Əldə etdiyimiz məlumata görə, saxlanılanlardan biri Cəbrayıl rayon şöbəsinin rəis müavini Şükür Əmrəliyevdir. Əmrəliyev rüşvət almaqda ittiham olunur.
***
Bundan başqa, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı və Ağdaş rayon şöbələrində də əməliyyatlar keçirilib, saxlanılanlar var.
Sail Ağasəlim