EN

Aynişan köhnə paltarlarını satır - FOTOLAR

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva yenidən satış paylaşımları edib.

Yeni Sabah xəbər verir ki, bloger bu dəfə şəxsi qarderobundakı geyimləri satır.

O, müxtəlif libas, ətək və digər geyim nümunələrini ayrıca paylaşaraq onların ölçüsünü və qiymətini də qeyd edib.

Yayılan görüntülərdən məlum olur ki, qırmızı libaslardan biri 80 manata, qara uzun yarıqlı don 100 manata təklif olunub. Digər paylaşımda isə qırmızı tonlarda başqa bir geyimin də 80 manata satıldığı görünür. Bundan başqa, qarderobundan çıxardığı qara ətək üçün 35 manat qiymət müəyyənləşdirilib.

Sosial şəbəkədə izləyicilərin bir qismi bunu normal qarşılasa da, bəziləri Aynişanın şəxsi əşyalarını tez-tez satışa çıxarmasını yenidən tənqid edib.

Xatırladaq ki, Aynişan Quliyeva bundan əvvəl istifadə etdiyi kosmetik vasitələri satışa çıxarmışdı. Həmin paylaşım o vaxt da geniş müzakirələr yaratmış, bloger sosial şəbəkələrdə tənqid hədəfinə çevrilmişdi. İstifadəçilər xüsusən işlənmiş kosmetik məhsulların satışının gigiyenik olmadığını bildirmişdilər.


Telegram kanalımız
Chosen
48
1
yenisabah.az

2Sources