EN

Bu aktrisanın çəkildiyi səhnə filmdən çıxarıldı

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Hollivud aktrisası Sidni Suini “Şeytan Prada geyinir 2” filminin yekun versiyasında yer almayacaq.Bizim.Media xəbər verir ki, bu barədə Entertainment Weekly məlumat yayıb. Bildirilib ki, 28 yaşlı aktrisanın çəkildiyi səhnə montaj mərhələsində filmdən çıxarılıb.Məlumata görə, bu qərar yaradıcı səbəblərlə verilib və epizod filmin ümumi strukturuna uyğun hesab olunmayıb.Mənbələrin sözlərinə görə, çəkiliş qrupu Sidni Suiniyə iştirakına görə minnətdarlıq edib və səhnənin çıxarılması qərarı asan verilməyib.Filmin ABŞ-də premyerası mayın 1-nə planlaşdırılıb.Qeyd edək ki, Sidni Suini filmdə qısa epizodik rolda görünməli idi.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
1
bizim.media

2Sources