EN

Qalibaf ABŞ ilə atəşkəs şərtlərini açıqladı -FOTO

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə atəşkəs razılaşmasının şərtlərini açıqlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Qalibaf bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

 

"Tam atəşkəs yalnız o halda məna kəsb edir ki, razılaşma dəniz blokadası və dünya iqtisadiyyatının ələ keçirilməsi ilə pozulmasın və İsrailin müharibəni qızışdırması dayandırılsın", - Qalibaf bildirib.

 

O, əlavə edib ki, Hörmüz boğazının açılması atəşkəsin kobud şəkildə pozulması fonunda qeyri-mümkündür və təzyiq vasitəsilə siyasi-hərbi məqsədlərə nail olmaq cəhdləri nəticə verməyəcək: "Onlar hərbi müdaxilə ilə öz məqsədlərinə çatmadılar, xuliqanlıqla da çatmayacaqlar. Yeganə yol İran millətinin haqlarının tanınmasıdır".




Chosen
16
4
senzor.az

10Sources