İngiltərə klublarının, xüsusilə “Liverpul”un “Real Madrid”in futbolçusu Arda Güler ilə maraqlandığı bildirilir. Metbuat.az xəbər verir ki, İngiltərə təmsilçisi gənc futbolçunu yay transfer pəncərəsi üçün əsas hədəflərdən biri kimi nəzərdən keçirir. Məlumata görə, Arda Gülerlə “Arsenal” və “Çelsi” də maraqlanır. Qeyd olunur ki, “Real Madrid” futbolçunu gələcəyin əsas oyunçularından biri kimi gördüyü üçün onu klubdan göndərmək istəmir. Digər tərəfdən, Arda Gülerin də “Real Madrid”də qalmaq istədiyini bildirib.