EN

Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar onlara şamil edilməyəcək AÇIQLAMA VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Taksi sürücüləri arasında yeni sığorta qaydaları ilə bağlı suallar yaranıb. Ən çox narahat edən məsələlərdən biri məhz sığorta tarixçəsi əmsalının necə hesablanması və dəyişikliklərin taksi fəaliyyəti ilə məşğul olan şəxslərə necə təsir etməsidir.

Mövzu ilə əlaqədar İcbari Sığorta Bürosunun şöbəsi müdiri Əziz Quliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, taksi faəliyyəti ilə məşğul olan hüquqi şəxslərlə bağlı sığorta haqqının hesablanmması qaydasında dəyişiklik edilməyib:

“Mövcud qanunvericiliyə görə sürücünün hadisə törətməsinə görə əlavələr taksi fəaliyyəti ilə məşğul olan şəxsin sığorta əmsalına təsir gösətərəcək”.

Əziz Quliyev taksi sürücüləri ilə bağlı məsələyə belə aydınlıq gətirib ki, bu istiqamətdə fəaliyyət göstərən sürücülər risk qrupuna aiddir. Bu səbəbdən, hansısa taksi şirkəti ilə əməkdaşlıq edən sürücü hadisə törədərsə, baş verən qəza məhz hüquqi şəxsin, yəni şirkətin sığorta əmsalına təsir göstərəcək.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
avtosfer.az

1Sources