EN

Həsrət Cəfərov güləş üzrə Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında birinci olub.

Oxu.Az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda türkiyəli Murat Fırata qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Həsrət Cəfərov karyerasında ardıcıl dördüncü dəfə Avropa çempionu olub.

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada Suner Konunova (UWW) qalib gələrək (6:0) fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.

Chosen
16
9
editor.az

10Sources