EN

“Müəllim minimum 50 faiz nəticə toplamalıdır” – Ramin Nurəliyev

““Böyük "Sertifikasiya imtahanı bizə çox şeyi göstərdi və aydın oldu ki, orta ümumtəhsil məktəblərində ixtisas fənlərini tədris edən müəllimlərin bu prosesdən keçməsi vacibdir. Çünki imtahan nəticələri göstərdi ki, bəzi müəllimlər öz ixtisası üzrə tədris aparmır, fərqli ixtisas bitirib müəllim kimi fəaliyyət göstərirlər. Eyni zamanda, illərlə öz ixtisasını tədris edən bəzi müəllimlərin belə keçid üçün tələb olunan 50 faizlik nəticəni toplaya bilmədiyi müşahidə olundu. Bu, təhsilin keyfiyyəti baxımından ciddi problemdir. Sertifikasiya imtahanı isə keyfiyyətli müəllimlərin tədris prosesinə cəlb olunmasına müəyyən dərəcədə müsbət təsir göstərə bilər. Çünki müəllim öz ixtisasını bilməli və şagird qarşısında çətin vəziyyətdə qalmamalıdır. Əvvəlki illərdə bəzi fənlər üzrə sertifikasiya imtahanı ilə bağlı ictimai narazılıqlar da səsləndirilirdi. Xüsusilə sualların tərtibatı, nəticələrin qiymətləndirilməsi və mükafatlandırma meyarları ilə bağlı müxtəlif iradlar vardı. Bəzi hallarda sualların kifayət qədər qənaətbəxş olmadığı da qeyd olunurdu. Buna baxmayaraq, hesab edirəm ki, müəllim öz ixtisasını bilməlidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, keçənilki sertifikasiya prosesində kimya və biologiya müəllimlərinin nəticələri gözləntiləri doğrultmadı. Növbəti mərhələdə isə imtahanlar təsviri incəsənət, texnologiya, fiziki tərbiyə, musiqi və tarix ixtisasları üzrə keçiriləcək.

Ekspert bildirib ki, ayrı-ayrı suallar çətin ola bilər, lakin ümumi nəticədə müəllim minimum 50 faiz nəticə toplamalıdır.

Chosen
35
aznews.az

1Sources