67 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz birinci yer uğrunda qarşılaşmada türkiyəli Murat Fırata (7:5) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Görüş gərgin və bərabər mübarizə şəraitində keçsə də, idmançımız xarakter nümayiş etdirməyi və final fitinə qədər üstünlüyü qoruyub saxlamağı bacardı.
Bu, Cəfərovun Avropa Güləş Çempionatında qazandığı dördüncü qızıl medaldı.