EN

V “Yüksəliş” müsabiqəsinin qaliblərinə DSMF nin fəaliyyət istiqamətləri barədə məlumat verilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev V “Yüksəliş” müsabiqəsinin qalibləri İrşad Əsgərxanlı və Qoşqar Daşdiyevlə görüşüb.

Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Z.Mirzəyev əvvəlcə qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra fondun fəaliyyət istiqamətləri, əhaliyə göstərilən xidmətlər, son illər ərzində qazanılmış uğurlar, idarəçilik sistemi, ölkəmizdə sosial təminat sahəsində həyata keçirilən islahatlar və xidmətlərin elektronlaşdırılması barədə məlumat verib.

Fond sədri proaktiv təyinat mexanizmlərinin qurulmasından, xidmət modelinə keçidlə bağlı əldə olunan nailiyyətlərdən, sığorta-pensiya sisteminin təkmilləşdirilməsi və xidmət sahələrinin optimallaşdırılmasından danışıb.

Görüşdə fərdi və karyera inkişafı ilə bağlı qalibləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb. Fondun fəaliyyət istiqamətləri ilə bağlı qaliblərin verdiyi suallar cavablandırılıb, həmçinin xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işləri və qarşıya qoyulan hədəfləri də diqqətə çatdırılıb, həmçinin gələcəkdə həyata keçiriləcək müxtəlif layihələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
62
azertag.az

1Sources