EN

Acunun komandası 10 il öncə çempion olmuş kollektivi 3 cü diviziona göndərdi!

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çempionşipin 44-cü turunda ''Hall Siti'' ''Lester''in qonağı oldu. Oyun tərəflərdən heç birinə sərf etməyən bərabərliklə yekunlaşdı. Fasiləyə geridə yollanan ''Lester'' ikinci hissədə oyunda dönüş yaradaraq 2 qol vurdu. Amma qələbə hesabını qorumaq mümkün olmadı. Yekunda 2:2-lik heç-heçə qeydə alındı. Bu nəticədən sonra ''Lester''in sona 2 tur qalmış çempionşipdə yerini qorumaq şansı qalmadı. Beləliklə, 10 il öncə - 2015/16-da premyer-liqada çempion olmaqla İngiltərə futbol tarixinin ən böyük sürprizlərindən birini reallaşdıran komanda gələn mövsüm 1-ci liqada, yəni 3-cü divizionda oynayacaq! Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu ''Hall Siti''nin isə qələbəsiz seriyası 5 oyuna yüksəldi. ''Pələnglər'' sona 2 tur qalmış ''6-lığ''ı tərk edərək 7-ci pilləyə yuvarlandılar. Premyer-liqaya vəsiqə uğrunda pley-offda iştirak edə bilmək üçün komanda ən pis halda 6-cı pilləni tutmalıdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
1
icma.az

2Sources