EN

Bakıda internat məktəbində yanğın baş verib

ain.az bildirir, Azvision portalına istinadən.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın dəhlizində yığılmış geyim əşyaları 5 kvadratmetr sahədə, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dolab yanıb, 1 ədəd dolab və pilləkən qəfəsi 5 kvadratmetr sahədə deformasiya edib. Yataqxana binası yanğından mühafizə olunub. Xəsarət alan olmayıb. AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
77
45
azvision.az

10Sources