EN

Xaricə gedənlərin üçdə biri dəmiryolundan istifadə edib Rusiyaya üz tutanların sayı azalıb

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan xarici ölkələrə getmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə məlumat yayıb.

"AzPolitika" xəbər verir ki, məlumata görə, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2026-cı ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 3,5 faiz azalaraq 452,6 min nəfər olub.

Vətəndaşlarımızın 40,2 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çox), 15,6 faizi Rusiya Federasiyasına (4 faiz az), 10,2 faizi Gürcüstana (11,0 faiz az), 9,3 faizi İrana (15,8 faiz az), 24,7 faizi isə digər ölkələrə (8,7 faiz az) gedib. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.

2026-cı ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69,0 faizi hava, 29,0 dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
4
azpolitika.info

10Sources