EN

10 il əvvəl tarix yazmışdılar, indi isə...

İngiltərə Premyer Liqasının qaliblərindən olan "Lester" Birinci Liqaya düşüb.

Publika.az xəbər verir ki, Çempionşipdə mübarizə aparan "tülkülər" 44-cü turda "Hall Siti"ni məğlub edə bilməyib. Görüş 2:2 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra "Lester" növbəti mövsüm İngiltərənin gücünə görə ikinci divizionunda yerini qorumaq şansını itirib.

Mövsümün sonuna iki tur qalmış klub maliyyə problemlərinə görə 6 xalı silindikdən sonra turnir cədvəlində 23-cü pillədə qərarlaşıb.

Chosen
53
publika.az

1Sources