EN

Azərbaycanla bağlı uydurma iddialar beynəlxalq rəyə təsir etmək cəhdidir - COPAT sədri

Azərbaycan millətinin identikliyi və milli şüuru ilə bağlı İkinci Vətən müharibəsi tam aydınlıqla cavab verib.

Trend xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bu gün Bakıda "Ümumdünya Kitab və Müəllif Hüququ Günü" münasibətilə keçirilən "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqazla əlaqələri" mövzusunda konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ədaləti öz gücü ilə bərpa edən xalq kimi Azərbaycan torpaqları əvvəlcə işğal edilib, hazırda isə qaytarılmış ərazilər, əgər onların qədim sahibi avtoxton əhali olsaydı, bu qədər dağıdılmış və viran vəziyyətə düşməzdi.

"1918-ci ilə qədər mövcud olmayan Azərbaycanla bağlı uydurmaların biri onun "olmayan qədimliyi" və milli identikliyini inkar edərək bunu beynəlxalq ictimai rəydə qəbul etdirmək cəhdidir. Azərbaycan anlayışı və onun qədimliyi ilə bağlı onlarla yerli və xarici alim tərəfindən elmi sübutlar təqdim olunub. Millətimizin identikliyi və milli şüuru ilə bağlı İkinci Vətən müharibəsi bu reallığı tam aydınlıqla ortaya qoydu", - o bildirib.

O əlavə edib ki, hay-erməni saxtakarlıqları və uydurmaları yalnız Ermənistan tarixi ilə məhdudlaşmır:

"Hay-erməni təbliğat qrupu qonşu xalqların, o cümlədən Azərbaycan xalqının tarixini və irsini təhrif etməkdən çəkinmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
2
olaylar.az

3Sources