Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Lester” 3-cü diviziona düşdü
İngiltərənin “Lester” uğursuzluqla üzləşib.
QOL.az xəbər verir ki, komanda ölkənin 3-cü divizionuna yuvarlanıb.
“Lester” Çempionşipin 44-cü turunda “Hall Siti” ilə heç-heçə edib (2:2) və cəmi 42 xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb. Mövsümün sonuna 2 tur qalsa da, 21-ci yerdə olan “Blekbern” 49 xala malikdir. Bu isə “Lester”in liqada qalmaq şansını itirməsi deməkdir.
Qeyd edək ki, “Lester” ötən mövsüm İngiltərə Premyer Liqasında çıxış edib. Komanda 25 xalla 18-ci yeri tutaraq aşağı liqaya yuvarlanmışdı. Cari ilin fevralında isə klub maliyyə qaydalarını pozduğuna görə 6 xal itirmişdi.
Xatırladaq ki, “Lester” 2015/2016 mövsümündə Klaudio Ranerinin rəhbərliyi altında İngiltərə çempionu olub. Komanda həmin mövsüm 81 xal toplayaraq ən yaxın izləyicisi “Arsenal”ı 10 xal qabaqlayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.