EN

Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurublar

Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşdə uduzub.

Far.Az "Report"a istinadən xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada ukraynalı Mixaylo Vişnıvetskiyə (5:1) məğlub olub.

Bu gün xalça üzərinə çıxan güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, sabah digər yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda yarışacaqlar. Avropa çempionatı aprelin 26-da yekunlaşacaq.

***21:38

Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Doğan Kayaya (5:1) qalib gələrək fəxri kürsüyə yüksəlib.

Daha əvvəl güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bu gün Beka Kandelaki (130 kq) də bürünc medal uğrunda yarışacaq.

***20:08

Azərbaycanın yunan-Roma güləşçisi Rəşad Məmmədov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Ömər Halis Rəcəbə (8:0) qalib gələrək fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, bu gün İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) də bürünc medal uğrunda yarışacaqlar.

Chosen
28
7
far.az

10Sources