Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşdə uduzub.
Moderator.az xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada ukraynalı Mixaylo Vişnıvetskiyə (5:1) məğlub olub.
Bu gün xalça üzərinə çıxan güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, sabah yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda yarışacaqlar. Avropa çempionatı aprelin 26-da yekunlaşacaq.