EN

İsrail İsanın heykəlini təhqir edən əsgərləri CƏZALANDIRACAQ

ain.az, Bizim media portalına istinadən məlumat verir.

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda İsa Məsihin heykəlinin təhqir edilməsindən sonra iki əsgərini cəzalandıracağını açıqlayıb. Bizim.Media xəbər verir ki, bu barədə SAXAL-ın teleqram kanalında məlumat verilib.SAXAL qeyd edib ki, Livanın cənubunda baş verən hadisə zamanı Debel kəndi yaxınlığında xristian simvoluna zərər dəyib. Bir əsgər hadisənin fotosunu çəkib, altı əsgər isə hadisə yerində olub, lakin bunun qarşısını almaq üçün heç bir tədbir görülməyib."İstintaq əsgərlərin davranışının İsrail Müdafiə Qüvvələrinin əmrlərinə və dəyərlərinə tamamilə zidd olduğunu müəyyən edib", - məlumatda qeyd olunub.

 

Bildirilib ki, xristianlarına simvoluna zərər verən və onun fotosunu çəkən əsgərlər döyüş vəzifəsindən kənarlaşdırılacaq və 30 gün hərbi həbs cəzası alacaqlar. Hadisə zamanı digərlərinin etdiklərinə reaksiya verməyən əsgərlər məsələnin müzakirəsi üçün çağırılıblar və onlara qarşı da əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, İsrail əsgəri Livanda İsa Məsihin heykəlinin başını çəkiclə sındırmışdı. İsrail Müdafiə Qüvvələri hadisəni təsdiqləyib. İsrail hakimiyyəti baş verənlərə görə üzr istəyib. Baş nazir Benyamin Netanyahu isə hadisədən "şoka düşdüyünü və kədərləndiyini" bildirmişdi. Ölkənin xarici işlər naziri isə əsgərin hərəkətlərini "utancverici" adlandırmişdi. Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
67
2
bizim.media

10Sources