EN

ŞOK İFŞA: Telegramı qadağan edən FTX rəhbərinin oğlu...

Rusiyada xarici platformalara qarşı kampaniyanın arxasında duran qurum rəhbərinin ailəsi ilə bağlı diqqətçəkən iddialar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, Rusiyada Telegram, WhatsApp və VPN-lərə qarşı sərt məhdudiyyətlərin arxasında göstərilən FTX -nin İkinci Xidmətinin rəhbəri Aleksey Sedovun oğlu ilə bağlı qalmaqallı məlumatlar yayılıb.

Araşdırma müəlliflərinin iddiasına görə, Sedovun oğlu Roman Sedov hələ də Telegram tətbiqindən aktiv istifadə edir və dövlətin təşviq etdiyi yerli Max messencerində isə ümumiyyətlə qeydiyyatdan keçməyib.

Məlumatda bildirilir ki, Roman Sedovun Telegram hesabı sonuncu dəfə 20 aprel tarixində aktiv olub. Sızdırılmış məlumat bazaları əsasında həmin hesabın məhz Aleksey Sedovun oğluna aid olduğu iddia edilir.

Araşdırmaya görə, həmin telefon nömrəsi həm Roman Sedovun “Gosuslugi” dövlət portalındakı hesabına, həm də tibbi xidmət qeydiyyat məlumatlarına bağlı olub.

Roman Sedovun iyunda 50 yaşı tamam olacaq. O da bir müddət atası kimi FTX sistemində çalışıb. Rusiya mediasının yazdığına görə, o, Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarədə leytenantdan polkovnik rütbəsinədək yüksəlib.

Daha sonra Sedov FTX -dən ayrılaraq Qazprom sisteminə keçib. Hazırda o, “Qazprom Mejrregionqaz” şirkətində baş direktor müavini və korporativ təhlükəsizlik üzrə rəhbər vəzifəsində çalışır.

Araşdırmada onun böyük sərvət topladığı da iddia olunur. Məlumata görə, Roman Sedovun Rosselxozbankdakı hesabında 153,5 milyon rubl vəsait olub. Bildirilir ki, bu məbləğdən yalnız faiz gəliri kimi 22 milyon rubl əldə edib.

Müəlliflər qeyd edir ki, onun rəsmi maaşı ildə təxminən 17 milyon rubl olsa da, bu gəlirlə belə kapital toplamaq suallar yaradır.

Həmçinin Roman Sedovun daha əvvəl Rusiyanın “qeyri-dost ölkələr” adlandırdığı dövlətlərə səfərlər etdiyi bildirilir. Onun Niderland, Avstriya və İsveçrəyə getdiyi qeyd olunur.

Xatırladılır ki, The Bell nəşri daha əvvəl Telegram və WhatsApp-a qarşı təzyiqlərin, eləcə də VPN-lərlə mübarizənin arxasında məhz FTX -nin İkinci Xidmətinin dayandığını yazmışdı.

Beləliklə, Rusiyada internetə nəzarəti gücləndirən qurum rəhbərinin ailəsi ilə bağlı ortaya çıxan bu məlumatlar ölkədə ikili standartlar barədə yeni müzakirələr yaradıb.

Musavat.com

Chosen
57
25
musavat.com

10Sources