Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 29 iyun 2022-ciil tarixli qərarı ilə təsdiq edilmiş "Avtonəqliyyat vasitəsisahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortahaqqı məbləğlərinin hesablanması Qaydası"nda dəyişiklikləredib.
Trend xəbərverir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov müvafiq qərarimzalayıb.
Qərara əsasən, qüvvədə olan Bonus-Malus sistemi ləğv edilir.Bunun əvəzində isə avtonəqliyyat vasitəsi sahiblərinin mülkiməsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməliolan bir illik sığorta haqqının hesablanmasında sığorta tarixçəsiəmsalı tətbiq edilir. Bu Qaydanın məqsədləri üçün müəyyən edilənsığorta tarixçəsi əmsalı 0.60 əmsaldan az və 3 əmsaldan çox olabilməz.
Şəxsin sığorta tarixçəsi əmsalı şəxsə bağlı olmaqla onun sığortatarixçəsinə əsasən müvafiq güzəşt və əlavələr tətbiq edilməklə hərbir qiymətləndirmə qrupu üzrə ayrı-ayrılıqda formalaşır.
Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərininmülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən,avtonəqliyyat vasitəsi sahibləri arasında ən yüksək sığortatarixçəsi əmsalına malik olan şəxsin sığorta tarixçəsi əmsalıtətbiq edilir.
Avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi halı istisnaolmaqla, fiziki şəxslər tərəfindən sığorta müqaviləsi bağlanıldığıtarixdən əvvəlki son bir ay ərzində müvafiq nəqliyyat vasitəsininsahibi olmuş, habelə həmin dövr ərzində bu hüququna xitam verilmişbütün şəxslər bu Qaydada nəzərdə tutulmuş sığorta tarixçəsiəmsalının tətbiqi zamanı nəzərə alınır.
Avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda,avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişindaşımaları üçün istifadə edilməsi halı istisna olmaqla, sığortahaqqının hesablanmasında tətbiq olunan sığorta tarixçəsi əmsalı 1-əbərabərdir və həmin əmsala güzəşt və yaxud əlavə tətbiqedilmir.
Avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişindaşımaları üçün istifadə edilməsi halı istisna olmaqla, sığortalıhüquqi şəxs olduqda və sığorta hadisəsi baş verdikdə, sığortatarixçəsi əmsalına tətbiq edilən əlavələr nəqliyyat vasitəsiniidarə edən və sığorta hadisəsini törədən fiziki şəxsin sığortatarixçəsi əmsalına tətbiq edilir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarisığortası müqaviləsi ilk dəfə bağlanarkən, habelə müqavilə bağlamaqistəyən fiziki şəxsin təqsiri üzündən müvafiq qiymətləndirmə qrupuüzrə baş vermiş və İcbari Sığorta Bürosunun informasiya sistemindəqeydiyyata alınmış sığorta ödənişi həyata keçirilmiş sığortahadisəsi mövcud olmadıqda, şəxsin sığorta tarixçəsi əmsalı olaraq 1əmsal müəyyən edilir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülkiməsuliyyətinin icbari sığortası müqaviləsinin ilk dəfə bağlanmasıdedikdə, Büronun informasiya sistemində həmin şəxs tərəfindənmüvafiq qiymətləndirmə qrupu üzrə bağlanmış icbari sığortamüqaviləsinin mövcud olmaması nəzərdə tutulur.
Müvafiq qiymətləndirmə qrupu üzrə şəxsin sığorta tarixçəsiəmsalına qüvvədə olan icbari sığorta müqavilələrinin sayından asılıolmayaraq aşağıdakı şərtlərin hər biri mövcud olduqda hər dəfə 5 %güzəşt tətbiq edilir:
- sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişikliktarixindən etibarən, fiziki şəxs olduqda özünün, avtonəqliyyatvasitəsini taksi minik avtomobili kimi istifadə edən hüquqi şəxsolduqda isə avtonəqliyyat vasitəsinin sürücüsünün təqsiri üzündənbaş vermiş və sığorta ödənişi həyata keçirilmiş heç bir sığortahadisəsi olmadıqda;
- sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklikdənetibarən sığortalı olduğu günlərin sayı 275-dən çox olduqda.
- sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişikliktarixindən etibarən fiziki şəxsin təqsiri üzündən baş vermiş vəsığorta ödəniş(lər)i həyata keçirilmiş hər bir sığorta hadisəsi iləbağlı müvafiq qiymətləndirmə qrupu üzrə həmin şəxsin, sığortalıolub-olmamasından asılı olmayaraq, sığorta tarixçəsi əmsalına 30 %əlavə tətbiq edilir. Büronun informasiya sistemində müvafiqqiymətləndirmə qrupu üzrə şəxs tərəfindən bağlanmış icbari sığortamüqaviləsi mövcud olmadıqda, şəxsin sığorta tarixçəsi əmsalı 1əmsal olaraq müəyyən edilməklə 30 % əlavə həmin əmsala tətbiqedilir.
Sığortalı hüquqi şəxs olduqda və avtonəqliyyat vasitəsi taksiminik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edildikdəsığorta ödənişi həyata keçirilmiş hər bir sığorta hadisəsi üzrəhüquqi şəxsin sığorta tarixçəsi əmsalına 30 % əlavə tətbiqedilir.
fiziki şəxslər, eləcə də avtonəqliyyat vasitəsi taksi minikavtomobili kimi sərnişin daşımaları üçün istifadə edildiyi hallardahüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı həmin şəxslərin budəyişikliklər qüvvəyə minənədək müvafiq Bonus-Malus qrupu üzrəformalaşmış Bonus-Malus əmsalına bərabər tutulur;
Digər hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı 1 əmsalınabərabər tutulur.
0.45, 0.50 və 0.55 Bonus-Malus əmsalı tətbiq edilən Bonus-Malussubyektlərinin Bonus əmsalları Qərarda nəzərdə tutulmuşdəyişikliklər qüvvəyə mindikdən sonra həmin subyektlərin sığortatarixçəsi əmsalı olaraq müəyyən edilsin. Həmin subyektlərin təqsiriüzündən ilk sığorta hadisəsi baş verdikdə və həmin sığorta hadisəsiüzrə sığorta ödənişi həyata keçirildikə onların sığorta tarixçəsiəmsalı 0,60 əmsal olaraq müəyyən edilsin.
AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinətapşırılıb ki, qərarın 3 gün müddətində Hüquqi Aktların DövlətReyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdimedilməsini təmin etsin.