EN

“BakuBus” MMC: “Pik saatlardakı nəqliyyat sıxlığı avtobuslararası intervallarda müvəqqəti artıma səbəb ola bilir”

ain.az bildirir, Bizimyol portalına istinadən.

Sərnişinlər 13 nömrəli marşrut xəttində ciddi interval problemi olduğunu bildirirlər. Onların sözlərinə görə, avtobus 1 saatdan sonra gəlir və bu səbəbdən dayanacaqlarda böyük sıxlıq yaranır. Videogörüntüdə görünür ki, bir çox sərnişin avtobusa minməkdə çətinlik çəkir.

Yaranan sualla bağlı “BakuBus” MMC-yə sorğu ünvanladıq.

Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, “BakuBus” MMC-nin istismarında olan sözügedən marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 18 avtobusla təmin edilir: “Xətt üzrə hərəkət intervalları 7-8 dəqiqə təşkil edir.

Bununla əlavə günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi Heydər Əliyev prospekti və Moskva prospekti, eləcə də Koroğlu Rəhimov küçəsi və Həsən Əliyev küçəsi istiqamətlərində müşahidə olunan nəqliyyat sıxlığı avtobuslararası intervallarda müvəqqəti artıma səbəb ola bilir”.

Qurum həmçinin bildirib: “Sərnişin tələbatının qarşılanması məqsədilə pik saatlarda xətt üzrə həm Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzi, həm də Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istiqamətlərindən əlavə avtobuslar xəttə buraxılır.

Sərnişinlərdən pik saatlarda yaranan sıxlıq və mümkün gecikmələri anlayışla qarşılamaları xahiş olunur”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
icma.az

1Sources