EN

"Yuventus" "Barselona"nın oyunçusunu TRANSFER EDƏCƏK

İspaniyanın "Barselona" klubunun gənc futbolçusu Runi Bardaqji yay transfer dönəmində komandanı tərk edə bilər.

Milli.Az xəbər verir ki, xarici mətbuatın yaydığı məlumata görə, isveçli vingerə bir neçə klub tərəfindən ciddi maraq var.

Xüsusilə İtaliyanın "Yuventus" klubu futbolçunu yaxından izləyir və onu icarə əsasında heyətinə qatmaq niyyətindədir. Turin təmsilçisinin yaxın vaxtlarda bu istiqamətdə addım ata biləcəyi bildirilir.

Bununla yanaşı, Fransanın "Monako", Portuqaliyanın "Portu" və İspaniyanın "Betis" klublarının da Runi Bardaqjini transfer etmək istədiyi qeyd olunur.

Xatırladaq ki, gənc oyunçu 2025-ci ilin yayında Danimarkanın "Kopenhagen" klubundan 2,5 milyon avro qarşılığında "Barselona"ya keçib. Onun gələcək karyerası ilə bağlı yekun qərarın yaxın zamanda veriləcəyi gözlənilir.

Hüseyn
Milli.Az

Chosen
3
2
milli.az

10Sources