EN

Tim Kuk “Apple”-ın baş direktoru vəzifəsindən ayrılır

Sentyabrın 1-dən etibarən Apple-ın yeni baş direktoru Con Ternus olacaq. 2011-ci ildə Stiv Cobsun istefasından sonra şirkətə rəhbərlik edən Tim Kuk isə Apple-ın Direktorlar Şurasının sədri vəzifəsini tutacaq. Bu barədə çərşənbə axşamı, aprelin 21-i gecə dərc olunan Amerika texnologiya korporasiyasının mətbuat relizində bildirilir.

Məlumatda qeyd olunduğu kimi, 50 yaşlı Con Ternus 2001-ci ildən Apple-da çalışır və hazırda şirkətin aparat təchizatı üzrə vitse-prezidenti vəzifəsindədir.

Xüsusilə, “Reuters” agentliyi yazır ki, son illərdə bazarda payını artıran Mac kompüterlərinin satışlarının canlanmasında o, mühüm rol oynamışdır. Daha əvvəl “Bloomberg” xəbər vermişdi ki, məhz Ternus Kukun potensial varisi hesab olunur.

65 yaşlı Kuk son 15 ildə Apple-a rəhbərlik etmiş və Apple Watch, AirPod və Apple Vision Pro kimi məhsulları, eləcə də iCloud, Apple Pay, Apple TV və Apple Music xidmətlərini təqdim etmişdir. “Bloomberg” qeyd edir ki, bu müddət ərzində şirkətin səhmləri 20 dəfə bahalaşmışdır.

Apple-ın bəyanatından həmçinin aydın olur ki, Kuk şirkətin dövlətlə əlaqələrini davam etdirəcək. Xüsusilə, o, artıq Apple-ın ABŞ prezidenti Donald Tramp ilə qarşılıqlı əlaqələrinə cavabdehdir.

Almaz Həsənli

Chosen
30
1
oxumeni.az

2Sources