EN

Dizel idxalını dayandırıb palma yağına keçirlər- Nəqliyyatda yenilik

İndoneziya hökuməti enerji siyasətində radikal dəyişiklik qərarı verib.

Musavat.com xəbər verir ki, ölkə 1 iyul tarixindən etibarən dizel yanacağının idxalını dayandıraraq onu bioloji yanacaqla əvəz etməyə hazırlaşır.

Yeni yanacaq qarışığının təxminən yarısı palma yağından ibarət olacaq. Rəsmi dairələr bu addımı ölkənin enerji müstəqilliyini gücləndirmək məqsədi ilə izah edir.

Məlumata görə, palma yağı təkcə dizel alternativi kimi deyil, həm də benzin və etil spirti istehsalında istifadə oluna bilər. Bundan əvvəl isə ölkədə işlənmiş palma yağının ixracına qadağa tətbiq olunmuşdu.

İndoneziya yaxın üç il ərzində yanacaq idxalından tam imtina etməyi planlaşdırır. Bu məqsədlə elektrikləşmə proqramlarının genişləndirilməsi və digər bərpa olunan enerji mənbələrinə keçid nəzərdə tutulur.

Rəsmi planlara əsasən, ölkə 2029-cu ilə qədər enerji baxımından 80 faiz müstəqilliyə nail olmağı hədəfləyir.

 

Musavat.com

Chosen
44
9
musavat.com

10Sources