Sankt-Peterburq administrasiyasının məlumatına görə, şəhərin Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Sergey Stadler İstanbul istiqamətində uçan təyyarədə qəfil vəfat edib.
Musavat.com xəbər verir ki, 63 yaşlı sənətçi uçuş zamanı özünü pis hiss edib və vəziyyəti qəfil ağırlaşıb.
Hadisə Pegasus Airlines aviaşirkətinə məxsus təyyarədə baş verib. Sankt-Peterburq–İstanbul reysi həyata keçirən təyyarə təcili olaraq Buxarest şəhərinə eniş edib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, dirijorun həyatını xilas etmək mümkün olmayıb.
Sergey Stadler uzun illər ərzində Rusiya Simfonik Orkestri, Sankt-Peterburq Konservatoriyasının Opera və Balet Teatrı, eləcə də Yekaterinburq Opera və Balet Teatrında rəhbər vəzifələrdə çalışıb.
Musavat.com