EN

Apple-da gözlənilməz dəyişiklik: Tim Kuk istefa verdi

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Apple-da mühüm rəhbərlik dəyişikliyi baş verib.

Musavat.com xəbər verir ki, Apple şirkətinin baş direktoru Tim Kuk vəzifəsindən istefa verib. Onun yerinə şirkətin vitse-prezidenti Con Ternusun gətiriləcəyi bildirilir.

Tim Kuk 2011-ci ildə Stiv Cobsun istefasından sonra Apple-a rəhbərlik etməyə başlamışdı. O, uzun illər şirkətin inkişafında əsas fiqurlardan biri olub.

Məlumata görə, Tim Kukun rəhbərliyi dövründə Apple-ın bazar dəyəri 350 milyard dollardan 2 trilyon dollara yüksəlib. 2022-ci ilin əvvəlində isə şirkətin kapitallaşması 3 trilyon dollara çatmışdı.

Apple-da yeni rəhbərlə birlikdə hansı dəyişikliklərin olacağı maraqla gözlənilir.

 

Musavat.com

Chosen
17
3
musavat.com

7Sources