EN

​İnək, yoxsa qoyun südü? -

Süd məhsulları gündəlik qidalanmada mühüm yer tutur, lakin ən çox müzakirə olunan suallardan biri inək və qoyun südü arasındakı fərqlərdir. Metbuat.az xəbər verir ki, inək südü daha yüngül tərkibli olduğuna görə həzm sistemi üçün daha məqbul sayılır. Bu səbəbdən mütəxəssislər gündəlik istifadədə inək südünü tövsiyə edirlər. Onun balanslı tərkibi orqanizmin gündəlik ehtiyaclarını qarşılamağa kömək edir və geniş istifadə sahəsinə malikdir. Qoyun südü isə yağlı və kalorili olduğundan daha qidalı hesab edilir və orqanizmi uzun müddət tox saxlayır. Mütəxəssislərin fikrincə, bu süd növündə kalsium və protein miqdarı daha yüksəkdir. Bu isə sümük və əzələ sağlamlığı üçün əlavə üstünlük yaradır. Lakin yüksək yağ faizi bəzi insanlar üçün arzuolunmaz sayılır.

Əlbəttə, seçim hər kəsin öz əlindədir. Bu isə insanın sağlamlıq vəziyyəti və qidalanma ehtiyaclarına görə dəyişir. İnək südü daha yüngül və gündəlik istifadə üçün uyğun hesab edilsə də, qoyun südü daha qidalandırıcı alternativ kimi dəyərləndirilir. Ona görə də hər iki süd növü fərqli ehtiyaclara görə üstünlük təşkil edir.

Chosen
52
4
metbuat.az

10Sources