EN

İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü

Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.

İmişli rayonunda bir nəfəri elektrik cərəyanı vurması ilə nəticələnən hadisə baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istimadən xəbər verir ki, İmişli şəhər sakini 1967-ci il təvəllüdlü Cavadov Mehman Novruz oğlu yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon Şöbəsi üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
5
azxeber.com

10Sources