EN

“ChatGPT”nin işində nasazlıq yaranıb KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“OpenAI” şirkətinin çatbotu “ChatGPT”nin işində nasazlıqlar yaranıb.

KONKRET.az bu barədə Downdetector.ru saytına istinadən xəbər verir.

Qeyd olunur ki, mindən çox istifadəçi çatbotla bağlı problemlər barədə məlumat verib.

İnsanlar şəxsi hesablarına daxil olmaqda problemlərdən, veb saytların sıradan çıxmasından və “ChatGPT”nin sorğulara cavab verməsinin uzun müddət çəkməsindən şikayətləniblər. Ən çox şikayət Niderlanddan (6%), ABŞ-dən (5%) və Almaniyadan (4%) daxil olub.

Qeyd edək ki, “ChatGPT”də sonuncu dəfə nasazlıqlar 2025-ci ilin dekabrında baş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
44
4
konkret.az

6Sources