ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya ordusunun Ukraynaya endirdiyi gecə zərbələri nəticəsində azı 10 nəfər xəsarət alıb.
“AzPolitika” bildirir ki, bu barədə ölkənin fövqəladə xidmət orqanları məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hücum zamanı 100-dən çox zərbə tipli pilotsuz uçuş aparatından istifadə edib. Onlardan 28-i vurula bilməyib və 18 müxtəlif məntəqəyə zərbə endirib. Vurulan dronların qalıqları isə daha 6 ərazidə yerə düşüb.
Dnipropetrovsk ərazisində azı 6 nəfərin yaralandığı bildirilir. Hücum nəticəsində fərdi yaşayış evləri, bir beşmərtəbəli bina, bir neçə müəssisə və infrastruktur obyektləri qismən dağılıb. Kroyvoy Roq şəhərində də infrastruktur obyektlərinə ziyan dəyib.
Xarkov şəhərində üç nəfər xəsarət alıb. Dronlardan birinin yaşayış binasına düşməsi nəticəsində güclü yanğın baş verib. Xerson vilayətinin rəhbərliyi bildirir ki, Rusiya hərbçiləri Belozerka kəndinə aviazərbələr endirib. Nəticədə 20-yə yaxın yaşayış evi tam və ya qismən dağılsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.