EN

Rusiyalı müəllimlərin Hitler sevgisi Boxa pedaqoqları işə saldı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Həmçinin oxuyun:

Prezident Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi – VİDEO/YENİLƏNİB

Rusiyanın Çelyabinsk vilayətində səkkiz məktəbin müəllimləri belaruslu bloqer Vladislav Boxanın qurduğu sxemin qurbanı olublar. Belə ki, onlar Adolf Hitlerin çıxışı əsasında Ukraynaya qarşı müharibədə iştirak edənlərə video mesajlar göndəriblər.

Globalinfo.az xəbər verir ki, onlar özlərini hakim “Vahid Rusiya” partiyasının göstərişini yerinə yetirdiklərini düşünərək, əslində saxta layihə çərçivəsində video müraciətlər hazırlayıblar.

Məlumata görə, Boxa məktəblərə partiya adından “Arxa cəbhənin səsi” adlı uydurma layihə ilə bağlı tapşırıqlar göndərib. Layihə guya hərbi qulluqçuların “motivasiya edilməsi” kimi təqdim olunub. Müəllimlərə kamera qarşısında xüsusi hazırlanmış mətnləri səsləndirmək təklif edilib. Əslində isə onlar nasist Almaniyasının Kanslerinin 1939-cu ildə Polşaya hücumu ilə əlaqədar çıxışına əsaslanan mətnləri oxuyublar.

Mətndə Rusiya-Ukrayna münasibətləri, Donbasdakı vəziyyət və digər siyasi iddialarla bağlı fikirlər yer alıb. Belə ki, Rusiyanın qonşu Ukrayna ilə dinc münasibətlər saxlamağa çalışdığını bildiriblər. Lakin “Kiyev rejimi”nin Donbas məsələsini həll etmək əvəzinə Minsk razılaşmalarını pozduğu, rusdilli əhalinin təqibini artırdığı, NATO nəzarətçiləri ilə birlikdə peyk radiasiya tədqiqat proqramlarına başladığı və sərhəd yaxınlığında hərbi mövcudluğunu yüksəltdiyi qeyd olunub.

Bundan əlavə, müraciətlərdə Ukrayna ilə bağlı tənqidi və mübahisəli ifadələr də istifadə olunub, həmçinin Rusiyanın qələbəsinin qaçılmazlığı vurğulanıb.

Hadisə ictimai müzakirələrə səbəb olub. Ekspertlər qeyd edirlər ki, belə hallar informasiya təhlükəsizliyi və rəsmi qurumların adından istifadə edərək manipulyasiya risklərinin mövcudluğunu bir daha gündəmə gətirir.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
globalinfo.az

1Sources