EN

"Mənim Tarkandan nəyim ƏSKİKDİR?" - VİDEO

Vəfa Şərifova açıqlaması ilə yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, müğənni qarşıdan gələn konsert planlarından danışarkən iddialı fikirlər səsləndirib. O, bildirib ki, Sumqayıt şəhərində keçiriləcək konsertinə biletlərin qısa müddətdə tükənməsini istəyir:

"İstəyirəm ki, biletlər satışa çıxarılandan 10 gün sonra bitsin".

Sənətçi çıxışı zamanı özünü Türkiyənin məşhur ulduzu Tarkan ilə müqayisə edərək diqqət çəkən sözlər işlədib: "Mənim Tarkandan nəyim əskikdir? O da insandır, mən də. Onda olubsa, məndə də elə olmalıdır".

Şərifovanın bu açıqlaması sosial şəbəkələrdə geniş rezonans doğurub. İzləyicilər arasında fərqli fikirlər səsləndirilib, bəziləri onun iddiasını dəstəkləsə də, digərləri bu müqayisəni lazımsız hesab ediblər.

Musa
Milli.Az

Chosen
28
3
milli.az

4Sources