EN

Sabunçu tunelindəki təhlükəli vəziyyət aradan qaldırıldı

"Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyü bərpa olunub."

"Cebheinfo.az" xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

"İntensiv yağışların fəsadı olaraq Sabunçu tunelinin altından keçən tullantı su xəttindəki qəza aradan qaldırılıb. Şəbəkə təmir olunaraq bərpa edilib", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyünün çökməsi ilə bağlı məlumat vermişdik.

"Cebheinfo.az"

Chosen
5
4
cebheinfo.az

5Sources