Xətai rayonu, Xocalı Prospektində yerləşən “Mübarək” şadlıq evinin bacasında yanğın baş verib.
Bizim.Media xəbər verir ki, yanğınla bağlı ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında paylaşım edib.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın qısa müddətdə söndürülüb.
Hadisə yerindən fotoları təqdim edirik:


Bizim.Media