Hörmüz boğazından normal gəmiçilik hərəkətinin bərpası hazırda mümkün deyil.
"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
O qeyd edib: "ABŞ-ın atəşkəs rejiminin dəfələrlə pozulması və İran limanlarına və gəmilərinə qarşı təhdidləri ucbatından vəziyyət müharibə dövrü olaraq qalır və gəmiçilik hərəkətinin birtərəfli normallaşdırılması mümkün deyil".
Aprelin 18-də rəsmi Tehran ABŞ-nin İrana qarşı dəniz blokadasını ləğv etməkdən imtina etməsina görə yenidən Hörmüz boğazından gəmiçilik hərəkətini dayandırdıqlarını elan edib.
Telegram kanalımız