“Real” klubu Antonio Rüdiger ilə müqaviləni uzatmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi 33 yaşlı müdafiəçiyə 1 illik yeni sözləşmə təklif edib.
Rüdiger isə müqaviləni 2 mövsümlük etmək istəyir. Buna baxmayaraq, madridlilər onun klubun təklifini qəbul edəcəyinə düşünür.
Almaniyalı futbolçu 2022-ci ildən “Real”da çıxış edir.