Xətai rayonu, Xocalı Prospektində yerləşən “Mübarək” şadlıq evinin bacası yanır.
Bakıvaxtı.az xəbər verir ki, yanğınla bağlı ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında paylaşım edib.
Hadisə yerindən fotoları təqdim edirik:
***
Hadisə ilə bağlı FHN-dən saytımıza bildirildi ki, tüstü bacasında yağ qalıqları yanır, hazırda yanğınsöndürmə işləri davam etdirilir.