EN

Azərbaycanda "yaşıl enerji"nin gündəlik payı 34%-i keçib

Bakı. Trend:

Ötən gün ölkədə istehsal olunan elektrik enerjisinin 34,1 faizibərpa olunan enerji mənbələrinin payına düşüb.

Trend bu barədəEnergetika Nazirliyinə istinadən xəbər verir.

Belə ki, aprelin 19-da ümumilikdə 60,7 milyon kilovat-saatelektrik enerjisi istehsal edilib ki, bunun 20,7 milyonkilovat-saatı məhz bərpa olunan mənbələr hesabına təmin olunub.Elektrik enerjisinin 15,6 milyon kilovat-saatı su elektrikstansiyalarında, 5,1 milyon kilovat-saatı isə günəş və küləkelektrik stansiyalarında istehsal olunub.

Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına əsasən, 2026-cıilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən, Azərbaycandaelektrik enerjisinin istehsalı 6 milyard 991 milyon kVt·stolub.

Bu dövrdə istilik elektrik stansiyalarında (İES) 6 milyard 66milyon kVt·st, su elektrik stansiyalarında (SES) 510,5 milyonkVt·st, digər mənbələr üzrə isə 414,5 milyon kVt·st, o cümlədənkülək elektrik stansiyalarında 247,7 milyon kVt·st, günəş elektrikstansiyalarında 91,3 milyon kVt·st, Bərk Məişət TullantılarınınYandırılması Zavodunda isə 75,5 milyon kVt·st elektrik enerjisiistehsal edilib.

Yanvar-mart aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədəkülək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 238,2milyon kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 925 mln.kVt·st təşkil edib.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə6 milyard 76,8 milyon kVt·st (İES-lərdə 5 milyard 558,6 milyonkVt·st, SES-lərdə 508,1 milyon kVt·st, GES-lərdə 10,1 milyonkVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 milyonkVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 142,4 milyonkVt·st, idxalı isə 35,0 milyon kVt·st olub.

Chosen
97
32
az.trend.az

10Sources