Bakı.Trend:
Azərbaycan bərpa olunan enerji sektorunun inkişafını ardıcılşəkildə genişləndirir, ənənəvi neft-qaz modelini tədricən daha daşaxələndirilmiş enerji strukturu ilə tamamlayır. Son illərdə ölkədəgünəş və külək enerjisi istehsal güclərinin əhəmiyyətli dərəcədəartırılması, həmçinin elektrik enerjisinin xarici bazarlara mümkünixracı üçün baza formalaşır.
Elan olunmuş planlara və imzalanmış sazişlərə əsasən, 2030-cuilə qədər Azərbaycanda bərpa olunan enerji mənbələri (BEM) üzrə 6QVt-a qədər gücün istismara verilməsi mümkündür, daha uzunmüddətliperspektivdə isə bu göstərici 8 QVt-a yaxınlaşa bilər. Hərçənd,yeni güclərin bir hissəsi elə əvvəldən yalnız daxili tələbatınödənilməsi üçün deyil, həm də ixrac resursu kimi nəzərdətutulub.
Sektorda investisiya fəallığı da artır. Qiymətləndirmələrə görə,yaxın illərdə “yaşıl” enerji layihələrinə yönəlmiş xariciinvestisiyaların ümumi həcmi təxminən 2 milyard dollar təşkil edəbilər. Paralel olaraq, günəş və külək elektrik stansiyalarınıntikintisi üzrə bir sıra layihələr həyata keçirilir – söhbət ümumibüdcəsi təqribən 2,5–3 milyard dollar olan və müxtəlif icramərhələlərində olan təxminən on obyektdən gedir.
Külək enerjisi sahəsi xüsusilə nəzərəçarpan dinamika nümayişetdirir. Son illərdə külək qurğularında elektrik istehsalının həcmiəhəmiyyətli dərəcədə artıb ki, bu da həm yeni güclərin istismaraverilməsi, həm də enerji infrastrukturunun modernləşdirilməsi iləbağlıdır.
Əsas layihələr sırasında təxminən 240 MVt gücündə Xızı–Abşeronkülək parkı, 230 MVt gücündə Qaradağ günəş elektrik stansiyası,eləcə də Qarabağ iqtisadi rayonunda yeni enerji obyektləri yeralır. Sonuncu, regionun daha geniş bərpa prosesi çərçivəsindəenerji sisteminin faktiki olaraq sıfırdan qurulduğu və bərpa olunanmənbələrin prioritet tətbiq sahəsi kimi qiymətləndirilir.
Elektrik enerjisi istehsalına paralel olaraq, elektrikenerjisinin ötürülməsi və ixracı məsələlərinə də diqqət ayrılır.Prioritetlər sırasında, o cümlədən Türkiyə ərazisi üzərindənolmaqla, dövlətlərarası əlaqələrin genişləndirilməsi, həmçininCənubi Qafqazın enerji sistemlərinin regional inteqrasiyasınıninkişafı yer alır. Bu kontekstdə “yaşıl” elektrik enerjisininAvropaya tədarükünü də əhatə edən yeni ixrac dəhlizlərininyaradılması layihələri müzakirə olunur.
Təşəbbüslərin həyata keçirilməsində "Masdar" və "TotalEnergies"kimi şirkətlər, eləcə də Dünya Bankı daxil olmaqlabeynəlxalq maliyyə institutları iştirak edir. Onların iştirakıinvestisiyaların cəlb olunmasına və müasir texnoloji həllərintətbiqinə töhfə verir.
Bununla yanaşı, Azərbaycan iri neft və qaz ixracatçısı kimimövcud rolunu qoruyur. Mövcud model paralel inkişafı nəzərdə tutur:karbohidrogenlərdən əldə olunan gəlirlər bərpa olunan mənbələrdənelektrik enerjisinin istehsalı və ixracı üzrə yeni istiqamətinformalaşdırılması ilə uzlaşdırılır.
Qlobal enerji bazarlarında uzunmüddətli dəyişikliklər şəraitindəbu yanaşma dayanıqlılıq amili kimi qiymətləndirilir. Coğrafimövqeyindən, resurs potensialından və investisiya cəlbediciliyindənistifadə edən Azərbaycan, xarici bazarlarda mövqeyinigenişləndirməyə davam edir və tədricən “yaşıl” generasiyanıninkişafına yönəlmiş enerji sektorunun yenikonfiqurasiyasını formalaşdırır.