EN

“Ermənistanla sülh sazişi Türkiyədə imzalana bilər” Numan Kurtulmuş Simonyana nə təklif edib?

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

“Azərbaycanla Ermənistan arasında ötən il Vaşinqtonda paraflanan sülh sazişinin bu ilin sonuna qədər Türkiyədə imzalanması ehtimalı artıb”.

“AzPolitika” bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.

Ekspert hesab edir ki, Ankara da bunda maraqlıdır. Ermənistan rəsmiləri Türkiyədə keçirlən müxtəlif konfranslarda iştirak edir, ikili görüşlərdə türkiyəli həmkarlarıyla əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər: “Ermənistanın Baş naziri Nikol Paşinyan da son açıqlamalarının birində iki ölkə arasında hərtərəfli əməkdaşlığa başlamaq üçün münbit şəraitin yetişdiyini bildirib. Gündəmdə iki ölkə arasında sərhədin açılması mövzusu da var. Bu məsələ Ankara ilə Bakı arasında koordinasiya edilir”.

Politoloq xatırladır ki, bir neçə gün əvvəl Parlamentlərarası İttifaqın İstanbulda keçirilən toplantısında Ermənistan Parlamentinin sədri Alen Simonyanla görüşən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ermənistana Türkiyə–Gürcüstan–Azərbaycan formatına daxil olmağı təklif edib. “Alen Simonyan bu təklifdən məmnun qaldığını gizlətməyib. Bu gedişatı nəzərə alaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin Ankara və ya İstanbulda imzalanması hamı üçün faydalı olar”, - Şahinoğlu vurğulayıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
8
azpolitika.info

9Sources