EN

İran ordusu ticarət gəmisinə hücuma görə ABŞ-a niyə cavab verilməməsinə aydınlıq gətirib

İran

İran ABŞ-ın ticarət gəmisini hədəfə almasına lazımi cavabı verəcək.

“Təsnim”in xəbərinə görə, bu barədə Xatəmül-Ənbiya Mərkəzi Qərargahı bəyanat yayıb.

Bildirilib ki, ABŞ xüsusi təyinatlılarının Oman dənizində İranın ticarət gəmisinə açıq şəkildə hücumundan sonra, İran Silahlı Qüvvələri buna qəti şəkildə cavab verməyə hazır idi.

Lakin, həmin gəmidə çalışan əməkdaşların ailə üzvlərinin də orada olması səbəbindən, onların həyatının risk altına atılmaması üçün lazım tədbirin görülməsində məhdudiyyətlər qarşıya çıxıb.

Mövcud vəziyyəti nəzərə alaraq və gəmidə olan ailə üzvləri ilə əməkdaşların həyatının təhlükəsizliyinə tam əminlik əldə edildikdən sonra, İran Silahlı Qüvvələri ABŞ hərbi qüvvələrinə qarşı zəruri tədbirləri həyata keçirəcəyi vurğulanıb.

Chosen
3
6
xalqcebhesi.az

7Sources