Sumqayıt şəhərində futbol meydançasında gənc oğlan ölüb. 1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, aprelin 18-i saat 20 radələrində Bulvar küçəsində yerləşən meydançada Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Müsü Etibar oğlu Alıyev futbol oynayarkən qəfil vəfat edib. Onun infarktdan öldüyü bildirilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.