“Qarabağ”ın müdafiəçisi Kevin Medinaya cəlbedici təkliflər var.
İdmanxeber.az-a verilən məlumata görə, kolumbiyalı futbolçuya ABŞ və Çindən təcrübəli oyunçuya ciddi maraq var. Hər iki ölkədən Medinaya yüksək maaşlı təkliflər var.
Təcrübəli müdafiəçi də “Qarabağ”dan ayrılmağa müsbət yanaşır. O, xüsusən MLS-dən gələn sərfəli təklifi dəyərləndirmək istəyir. Futbolçu bu barədə yaxın ətrafına da məlumat verib.
Onun yayda “Qarabağ”dan ayrılma ehtimalı kifayət qədər yüksəkdir. 33 yaşlı müdafiəçi cari mövsüm 36 oyunda çıxış edib.
O, 2020-cu ildən Ağdam təmsilçisində forma geyinir.