AZ

Qarabağ ın ulduzuna ABŞ və Çindən yüksək maaşla transfer təklifi gəldi

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Qarabağ"ın müdafiəçisi Kevin Medinaya cəlbedici təkliflər var.

Qaynarinfo İdmanxeber.az-a istinadən xəbər verir ki, kolumbiyalı futbolçuya ABŞ və Çindən ciddi maraq var.

Hər iki ölkədən Medinaya yüksəkmaaşlı təkliflər gəlib.

Təcrübəli müdafiəçi də "Qarabağ"dan ayrılmağa müsbət yanaşır. O, xüsusən MLS-dən gələn sərfəli təklifi dəyərləndirmək istəyir. Futbolçu bu barədə yaxın ətrafına da məlumat verib.

Onun yayda "Qarabağ"dan ayrılma ehtimalı kifayət qədər yüksəkdir. 33 yaşlı müdafiəçi cari mövsüm 36 oyunda çıxış edib. O, 2020-ci ildən Ağdam təmsilçisində forma geyinir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
10
qaynarinfo.az

10Mənbələr