EN

Naxçıvanda hibrid avtomobillərin sayı 3 dəfə artıb

2026-cı ilin əvvəlinə muxtar respublikada qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 56 min 510-a çatıb. Bu, illik müqayisədə 10,3 faiz artım deməkdir.

"Unikal" xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, strukturda əsas payı ənənəvi olaraq minik avtomobilləri təşkil edir.

Onların sayı 47 min 86 ədədə yüksələrək bir il ərzində 11,5 faiz artıb. Bununla yanaşı, muxtar respublikada 7 min 384 yük avtomobili, 1 031 avtobus, 519 xüsusi təyinatlı və təcili tibbi yardım avtomobilləri, eləcə də 490 pikap və furqon qeydiyyatdadır.

Bu dövrdə əsas tendensiyalardan biri də “yaşıl nəqliyyat”a keçidin sürətlənməsidir. Belə ki, hibrid mühərrikli minik avtomobillərinin sayı cəmi bir il ərzində 797-dən 2 440-a yüksələrək 3 dəfə artıb. Elektrik mühərrikli avtomobillərin sayı da artaraq 220 ədədə çatıb. 

Chosen
21
3
unikal.az

4Sources