EN

"Napoli"nin məğlubiyyətsizlik seriyası sona çatdı

style='margin-bottom:10px;'>

"Napoli" İtaliya A Seriyasının növbəti turunda öz meydanında "Latsio"ya 0:2 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, Neapol təmsilçisi bu nəticə ilə doğma meydanda təxminən 1,5 ildir davam edən məğlubiyyətsizlik seriyasını itirib. Komanda sonuncu dəfə ev oyununda 2024-cü ilin dekabrında məğlub olub. Həmin vaxtda neapolluları məhz "Latsio" məyus etmişdi. Görüşdə yeganə qolu vuran Qustav İsaksenin isə bu gün məhz 25 yaşı tamam olur.

Sözügedən tarixdən bəri "Napoli" öz meydanında keçirdiyi 26 çempionat matçının 19-da qələbə qazanıb, 7-də isə heç-heçə edib.

Qeyd edək ki, bu məğlubiyyət "Napoli"nin çempionluq ümidlərinin üzərindən böyük ölçüdə xətt çəkir. Belə ki, "İnter" artıq növbəti turda rəsmən çempionluğunu elan edə bilər.

Chosen
4
3
teleqraf.com

4Sources